Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov mayın 4-də Bakıya gələcək.
“Qərb Xəbər” “Globalinfo.az”a istinadən xəbər verir ki, A.Lentsov bunu separatçı rejimin “nümayəndələri” Araik Arutyunyan və Qurgen Nersisyanla görüşü zamanı qeyd edib.
O, bəzi məsələlərin Bakı ilə danışıqlardan sonra dəqiqləşəcəyini, bunun son ümid olduğunu bildirib.
Sülhməramlıların komandanı ilə separatçılar arasında ikinci görüşün Xankəndidə deyil, sülhməramlı qüvvələrin qərərgahında baş tutması isə xüsusi diqqət çəkib. Bu, sözügedən görüşün seperatçıların israrı ilə baş tutması fikrini yaradıb.