Kateqoriyasız

Lavrov: “Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir”

16 mart / 17:40 1 dəq
Sergey lavrov
16 mart / 17:40
Burada sizin reklamınız ola bilər

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq.

 

“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması kursunu alqışlayırıq. Öz tərəfimizdən Cənubi Qafqaz ölkələri arasında münasibətləri dərinləşdirəcək bütün istiqamətlərdəki birgə işə hazır olacağıq”, – Lavrov qeyd edib.

O, türkiyəli həmkarı ilə müntəzəm təmasları davam etdirməyi razılaşdırdıqlarını vurğulayıb: “Müntəzəm təmaslarımız öz praktiki faydasını sübut edib”.

Paylaş
Burada sizin reklamınız ola bilər