Laçın yolundakı aksiyanın tələbi dəyişir – Şərh
Laçın yolundakı aksiyanın tələbi dəyişir. Ermənilərlə yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq
“Qərb Xəbər” bildirir ki, bu sğzləri siyasi şərhçi asif Nərimanlı bildirib.

“Separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan Bakının bununla Xankəndinə tələb göndərdiyini deyir. Bakı hələ Xocalı görüşündən sonra separatçılara ismarıc yollamışdı: ya reinteqrasiya prosesini qəbul edin, ya da daha çox çətinliklər olacaq. Bu görüşdən sonra keçirilən əməliyyatlar nəticəsində separatçıların “nəfəslikləri” bağlandı. Buna paralel olaraq, görüntülər aksiya ərazisində Laçın yoluna nəzarətin daha da gücləndirildiyini deməyə əsas verir.

Asif Nərimanlı əlavə edib ki, mövcud situasiyda ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir.

“Onların yalnız vacib məsələlərdə – Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzunmüddətli davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir”.




