Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 83 gündür davam edir

4 mart / 09:39 1 dəq
63fed87a368b363fed87a368b4167764594663fed87a368b063fed87a368b1
4 mart / 09:39
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-nın Şuşaya ezam olunmuş müxbirinə istinadən  xəbər verir ki, aksiya gecə boyu da davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar. İctimai fəallar bu gün də humanitar məqsədlə əraziyə yaxınlaşan avtomobillərin maneəsiz keçidinə şərait yaradır.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər