Xəbər

Laçın-Xankəndi yolundakı aksiya 128 gündür davam edir

18 aprel / 08:34 1 dəq
643e17f14cac1643e17f14cac21681790961643e17f14cabd643e17f14cabf
18 aprel / 08:34
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-ya istinadən xəbər verir ki, hava şəraitinin duman və çiskinli olmasına baxmayaraq, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər.

 

Onlar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 128 gündür davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər