Xəbər verdiyimiz kimi, Kür çayının Tovuz rayonunun Hunanlar (Girzan) kəndi ərazisindən keçən hissəsində batan Abulbəyli kənd sakinlərinin soyadı və təvəllüdü məlum olub.
“Qərb Xəbər” saytının məlumatına görə, balıq tutarkən batdıqları ehtimal olunan sakinlərdən biri 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu, digəri 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğludur.
Qeyd edək ki, balıqçıların axtarışları davam etdirilir.
***
İyunun 15-də Tovuz rayonunun Abulbəyli kənd sakinləri Abbas və Namiq (soyadları dəqiqləşdirilir -red.) Kürün Girzan kəndi ərazisindən keçən hissəsində balıq tutarkən batıb.
“Qərb Xəbər” kənd sakinlərinə istinadən xəbər verir ki, ilkin ehtimallara görə buna səbəb balıqçılardan birinin balıq toruna düşməsi olub, digəri də onu xilas etməyə çalışarkən boğulub.
Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcək.