Xəbər

Laçın-Xankəndi yolu: Aksiyanın 45-ci günü -FOTO

25 yanvar / 08:36 1 dəq
63d0abfe7293b63d0abfe7293c167461990263d0abfe7293963d0abfe7293a
25 yanvar / 08:36
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər” APA-ya istinadən bildirir ki, havanın şaxtalı olmasına baxmayaraq aksiya səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Ekofəallar aksiyanın 45-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər