Dünya

Kiyevdə Ukrayna, Britaniya və Fransa hərbi rəhbərlərinin görüşü keçirilir

4 aprel / 16:32 1 dəq
85452df7 8c56 3f0e 9004 4e44fbe5b5f5 850
4 aprel / 16:32
Burada sizin reklamınız ola bilər

Kiyevdə Ukraynada hərbi kontingentlərin yerləşdirilməsi planları üzrə Ukrayna, Böyük Britaniya və Fransa nümayəndələrinin Baş Qərargah rəhbərləri səviyyəsində görüşü başlayıb.

Qerbxeber.com məlumatına görə, bu barədə “İctimai. Xəbərlər” nəşri mənbələrə istinadən bildirir.

Böyük Britaniya nümayəndə heyətinə Silahlı Qüvvələrin müdafiə qərargahının rəisi admiral Toni Radakin, Fransa nümayəndə heyətinə isə Baş Qərargah rəisi Tyerri Burkhard rəhbərlik edir.

Nəşr Ukrayna nümayəndə heyətinin tərkibini dəqiqləşdirmir. Ukrayna Baş Qərargahın Andrey Qnatov rəhbərlik edir.

Nəşrin məlumatına görə, hərbi nümayəndələrlə müzakirələrdən əlavə, günün ikinci yarısında Radakin və Burkhardin Prezident Volodomir Zelenski ilə görüşü gözlənilir.

Kiyevdəki təmaslar 27 mart tarixində Parisdə keçirilən sammitdə aparılan müzakirələrin davamı olmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər