Dünya

Kiyevə raket hücumu olub, ölənlər və yaralananlar var

30 avqust / 11:24 1 dəq
Indir 2023 08 30T112541.606
30 avqust / 11:24
Burada sizin reklamınız ola bilər

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb.

“Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, – KŞHA-nın rəisi Serhiy Popko bildirib.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər