Dünya

KİV: Türkiyə masada oturmadan qalib gəldi

11 oktyabr / 19:31 1 dəq
Türkiye istan
11 oktyabr / 19:31
Burada sizin reklamınız ola bilər

İsrailin qələbəsi Türkiyənin zəfərinin kölgəsində qaldı.

Qerbxeber.com bildirir ki, Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu MOSSAD-ın keçmiş yüksək vəzifəli rəsmisi Oded Eilam deyib.

İsrail mediasına açıqlama verən MOSSAD-ın keçmiş rəsmisi Ankaranın danışıqlarda iştirakının atəşkəs prosesində həlledici olduğuna diqqət çəkib:

“HƏMAS Vaşinqtonun deyil, Ankaranın sözünü eşitdi. Diplomatik diskurs indi Ankaraya doğru gedir. Türkiyə bu nöqtədə müvəqqəti vasitəçi deyil, yeni nizamın aparıcı aktoru və memarıdır”.

“Trampın razılaşma prosesinə əhəmiyyətli təsiri olsa da, Ərdoğanın diplomatik kanallar vasitəsilə göstərdiyi səylər prosesin formalaşmasında mühüm rol oynayıb. Türkiyə masa arxasında olmadan qalib gəldi. Ərdoğan regional tarazlığı yenidən tənzimləyir”, – Eilam əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər