Dünya

KİV: Pakistanın cavabından sonra Hindistan gərginliyi azaltmaq üçün vasitəçi axtarır

7 may / 08:18 1 dəq
Indir 2025 05 07t081910.970
7 may / 08:18
Burada sizin reklamınız ola bilər

Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib.

Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb.

Nazir hərbi eskalasiyanın qarşısının alınması, Cənubi Asiyada sabitliyin möhkəmləndirilməsi və regional gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və qarşılıqlı anlaşmaya çağıran səslərə qulaq asmağın vacibliyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər