Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Telekanal öz mənbəsinə istinadla yaydığı xəbərdə deyilir ki, “Gürcü Arzusu” Mixeil Kavelaşvilini prezident təyin etdikdən sonra ölkədə fövqəladə vəziyyət elan etməyi və “Komendant saatı” tətbiq etməyi planlaşdırır.
Telekanal iddia edib ki, “Gürcü Arzusu” 12 dekabrda Tbilisinin Rustaveli Prospektini aksiyaçılardan “zorakı metodlarla” təmizləməyi planlaşdırır.