Çexiya Prezidenti Petr Pavel Ukrayna Prezidenti Volodimir Zelenskini Praqa Qalasında qəbul edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Irozhlas” xəbər portalı məlumat yayıb.
Zelenskinin təyyarəsi yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 13:00) Praqadakı Vatslav Havel adına beynəlxalq hava limanına enib. Portalın məlumatına görə, səfər maksimal təhlükəsizlik tədbirləri altında həyata keçirilib.
Çexiya mediasının verdiyi məlumata əsasən, Zelenskinin məqsədi Ukraynada ən azı bir ay müddətinə atəşkəs elan olunması planına dəstək toplamaqdır.