Son Xəbərlər
Dünya

KİV: Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrində deyil

27 mart / 08:59 1 dəq
67e43498d605467e43498d6055174300892067e43498d605267e43498d6053
27 mart / 08:59
Burada sizin reklamınız ola bilər

Avropa sülhməramlı qüvvələrini Ukraynaya göndərmək fikrini dəyişib və indi Kiyevi dəstəkləmək üçün alternativ variantlar axtarır.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat verib.

Məlumata görə adı açıqlanmayan diplomatlardan biri avropalıların indi qoşun göndərmək fikrindən yayındığını və daha mənalı ola biləcək bir şey tapmağa çalışdıqlarını deyib.

Digər bir mənbə isə bildirib ki, qoşunların göndərilməsi ideyası Ukrayna daha yaxşı vəziyyətdə olduğu zaman cəlbedici idi, lakin cəbhədəki mövcud vəziyyəti və Ağ Evə kimin rəhbərlik etdiyini nəzərə alsaq, sülhməramlı göndərmək ideyası artıq o qədər də cəlbedici deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər