Kim Kardaşyan da “Epşteyn işi”ndə rol alıb
1 / 1
ABŞ-ın baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində yer alan 300-dən çox tanınmış şəxsin adını açıqlayıb.
Qerbxeber.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Foks Nyus” Bondinin Konqres üzvlərinə göndərdiyi məktuba istinadla məlumat yayıb.
Məlumata görə, siyahıda “Epşteyn işi” sənədlərində adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi tanınmışlar var.
Onların arasında Britaniya şahzadəsi Harri, erməni əsilli porno-ulduz Kim Kardaşyan, musiqiçilər Kurt Kobain və Brüs Sprinqstin və digər məşhurlar var.
“Baş prokurorun məktubuna görə, Ədliyyə Nazirliyi insan alveri, sənədlərin gizlədilməsi halları və sair kimi məlumatlar da daxil olmaqla, doqquz kateqoriyaya aid olan bütün qeydləri, sənədləri, kommunikasiyaları və istintaq materiallarını açıqlayıb. Materiallar utanc, nüfuza xələl gətirmə və ya siyasi həssaslıq səbəbindən redaktə edilməyib”, – kanal bildirib.




