Qafqaz

Kaya Kallas:Gürcüstan hökuməti düzgün istiqamətdə getmir

17 mart / 22:51 1 dəq
Kallas
17 mart / 22:51
Burada sizin reklamınız ola bilər

“Gürcüstan hökuməti düzgün istiqamətdə getmir. Avropa İttifaqı (Aİ) bu fonda nə edə biləcəyimizi düşünür”.

Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl deyib.

“Əlbəttə, bu gün Gürcüstan məsələsini də müzakirə edəcəyik. Gürcüstanda vəziyyət daha da ciddiləşir. Diplomatlar üçün viza qadağası martın 6-dan qüvvədədir. Başqa nə edə biləcəyimizi müzakirə edəcəyik. Gürcüstan hökuməti düzgün istiqamətdə getmir”, – Kaya Kallas bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər