Dünya

ABŞ Ukraynaya texniki yardımı azaldıb

26 aprel / 08:44 1 dəq
Indir 2025 04 26t084321.475
26 aprel / 08:44
Burada sizin reklamınız ola bilər

ABŞ Ukraynanın kibertəhlükəsizlik sahəsində aldığı texniki yardımı əhəmiyyətli dərəcədə azaldıb.

Qerbxeber.comBloomberg“ə istinadən verdiyi məlumata görə, Vaşinqton onlarla mütəxəssislə bağlanmış müqavilələri ya ləğv edib, ya da dayandırıb.

Həmin mütəxəssislər Ukraynanın müxtəlif bölgələrində yüzlərlə obyektə texniki dəstək göstərirdilər.

Məqalədə qeyd olunur ki, “Tramp administrasiyası tərəfindən həyata keçirilən genişmiqyaslı ləğvlər fonunda ABŞ-ın Ukraynanı kibertəhlükələrdən qorumaq üçün göstərdiyi səylər xeyli zəifləyib”.

Paylaş
Burada sizin reklamınız ola bilər