Son Xəbərlər
PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək. PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək.
Hadisə

Kaya Kallas və Ceyhun Bayramov Aİ-Azərbaycan əlaqələrinin durumunu müzakirə edib

22 sentyabr / 19:40 2 dəq
Kallas bayramov
22 sentyabr / 19:40
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında bildirib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.

Müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb və onun gələcək inkişaf imkanlarını nəzərdən keçiriblər.

Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sahələrdə birgə səylərin artırılması yer alıb.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər