Dünya

Kanada Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu ləğv edib

30 yanvar / 15:01 1 dəq
Indir 2024 01 30T150037.152
30 yanvar / 15:01
Burada sizin reklamınız ola bilər

Kanada Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib.

“Qərb Xəbər”in məlumatına görə, buna səbəb Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzlüyü nə dair protokolu ratifikasiya etməsi olub.

Xatırladaq ki, Azərbaycana 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində dəstək verdiyi üçün Kanada hökuməti Türkiyəyə qarşı silah embarqosu tətbiq edirdi.

Bu embarqo qərarına görə, Kanada şirkətləri 250-300 milyon dollar arasında ziyan görüb.

Paylaş
Burada sizin reklamınız ola bilər