Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampı tənqid edib.
O, Ağ Ev sahibinin Rusiyanın G8-dən çıxarılması ilə bağlı sözlərinə sərt cavab verib;
Baş nazir 2014-cü ildə Krımın ilhaqının Ukrayna vətəndaşları üçün “şəxsi təhqiramiz” olduğunu və Rusiyanın buna görə G8-dən uzaqlaşdırıldığını bildirib.
“Lakin Karni Trampa dərhal cavab verməyib. O, G7 sammitinin tərk edəndən sonra yekun konfransda bu fikirləri səsləndirib”, – deyə “Politiko” nəşri yazıb.
Xatırladaq ki, D.Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv addım adlandırıb.
“Böyük yeddilik əvvəllər G8 idi. Barak Obama və Trüdo adlı bir oğlan Rusiyanın qrupda qalmasını istəmirdi. Amma Rusiya bu qrupda qalsaydı, indi müharibə olmazdı”, – ABŞ prezidenti vurğulayıb