“2023-cü ildə xalqın, partiyaların, təşkilatların hökumətlə eləcə də siyasi partiyaların həmrək olacağına ümidim yoxdur”.
Bu sözləri “Qərb Xəbər“ə açıqlamasında folklorşünas alim, publisist Əli Şamil bildirib.
– 31 Dekabr – Dünya azərbaycanlılarının həmrəylik gününün yaranması tarixinə nəzər salmağı xahiş edərdik.
Rusiyanın Qafqazı işğal etməsi nəticəsində o tayla bu tay arasında getdikcə ayrımçılıq yaranırdı. Güneydə təhsil, danışıq fars dilində olduğu kimi, Quzeydə təhsil, mədəniyyət rus dili və təsiri ilə yayılırdı. Məqsəd bu idi ki,o taydakı xalqla, bu taydakı xalq bir-birindən ayrılsın, iki ayrı millət olsun, beləliklə bu xalqlar arasında uçurum yaradılsın.Rusların işğal siyasəti durmurdu.Rusiya 18-ci yüz ildən isti dənizlərə çıxmaq istəyirdi.Onun quzeyində olan dənizlər qışda donurdu, fikirləşirdilər ki, isti dənizlərə, Hind okeanına çıxmaqla imperiyalarının inkişafına təkan vermiş olardılar.Lakin tək Qara dənizə çıxmaqla , ruslar istədiklərinə nail ola bilmirdilər.Çünki, boğazlara nəzarət edən Osmanlı İmperiyası, rusların Hind okeanına çıxmasına mane olurdu.Bunun üçün də İranı işğal etmək lazım idi.İranı da bütövlükdə işğal edə bilmirdilər.Çalışırdılar ki, Avşarlar dövlətini, daha sonra Qaçarlar dövlətini zəiflədib, özlərindən asılı vəziyyətə salsınlar.Qaçarların zamanında təəsüf ki, buna nail ola bildilər.
Sovet hakimiyyəti qurulandan sonra, yeni hakimiyyət Rusiyanın müstəmləkə siyasətini tənqid etsədə, əslində əməldə bu işğalçılıq siyasətini davam etdirirdi.Bunun bariz nümunəsi,Rus sovet qoşunlarının 1941-ci ilin avqust ayında Təbrizdən keçərək Tehrana qədər,bütün əraziləri işğal etdi.Oraya çoxlu azərbaycanlılar. ziyalılar, jurnalistlər, mütəxəsislər göndərildi. Qəzetlər açıldı, məktəblər açıldı, cürbəcür mədəniyyət tədbirləri həyata keçirildi.Bu prosesin davamı kimi, 1945-ci ildə S.C.Pişəvərinin başçılığı altında Güney Azərbaycanda Milli Hökümət quruldu.
Milli hökümətin süqutundan sonra da, Sovet təbliğatında Güneylə bağlı məsələ səngimədi.Ədəbiyyat dərsliklərinə, S.Vurğunun, S.Rüstəmin, M. İbrahimovun, S.Dağlının güneylə bağlı əsərləri salınırdı.Bu da öz növbəsində dövrün gəncliyində Güneyə qarşı bir məhəbbətə, rəğbətə gətirib çıxarmışdı.Lakin Sovet hökümətinin sərt sərhəd rejiminə görə o taya gedib gəlmək mümkünsüz idi.Buna baxmayaraq, o taylı bu taylı azərbaycaqnlılar arasında qohumluq əlaqələri hələ ölməmişdi, ikiyə bölünmüş vətənimizin insanlarında bir birinə qarşı sonsuz maraq və məhəbbət vardı.Elə ki, Sovet höküməti zəifləməyə başladı,bu həsrət alovu daha da güclənməyə başladı. 1988-89-cu illərin mitinqlərində Güney Azərbaycanla bağlı çoxlu şüarlar səslənməyə başladı.
“1989-cu ilin noyabrın 11dən Naxçıvanda Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının məclisi keçirildi məclisdə qərara alındı ki, sərhəd boyu aksya keçirilsin. Bu aksyanın təcrubəsi var idi, yəni artıq Berlində divarlar sökülürdü. ,Piribaltikada 3 respubliakanın paytaxtında canlı divarları insanlar əl-ələ verib dağıdırdılar. Bu Naxçıvan cəbhəçilərinə də təsir göstərmişdi. Beləcə 1989 cu ilin noyabr ayından başlayaraq hər gün olmasa da iki üç gündən bir Naxcıvan şəhərində,Ordubadda, Culfada və başqa bölgələrdə , kəndlərdə keçrilən mitinqlərdə Güney Azərbaycan məsələsi gündəmə gətirilirdi. Və Xalq Cəbhəsi hakimiyyətə təziq göstərirdi ki, pribaltikalılar necə xarici ölkələrə gedib gəlirsə, belaruslar Polşaya, ukaynalılar Polşaya gedib gəlirsə eləcə də leninqratlılar Finlandiyaya gedib gəlirsə burdanda sərhədlər açılsın biz o taydakı qardaşlarımızın yanına gedib gələk. Eləcədə də sərhəd boyu tikanlı məftillər arxasında qalan on üç min hektar torpaq əkilsin, ekaloji sahədə tarazlığın pozulmasının qarşısı alınsın. Yəni vəhşi heyvanlar su içmək üçün Araz çayına enə bilmirdi, tikanlı məftillərə görə o taydan bu taya keçə bilmirdilər. Bir çox problemlər. Və Xalq Cəbhəsinin İdarə Heyyəti bu məsələni ciddiləşdirdi. Asəf Əli oğlu Quluyevin başcılığı altında bir komitə yaradıldı və bu komitəyə “Sərhəd hərəkatı” adı verildi. Bu komitə mitinqlər keçirdi, danışıqlar apardı, bu mitinqlər danışıqlar zamanı müxtəlif fikirlər səsləndi və son nəticə belə oldu ki, 31dekabr sərhəd məftilləri sökülsün və həmin gün Dünya Azərbaycanlılarının Həmrəylik günü, birlik günü elan edilsin. Yəni orda səsləndirilirdi ki,mitinqlərdə Dünya Azərbaycan türklərinin həmrəylik günü olsun. Lakin, o Xalq Cəbhəsinin İdarə Heyyəti və Məclisi qərara aldı ki, bu Azərbaycan türkləri olmamalıdı Azərbaycanda o taydada bu taydada kürtlər,avarlar, tatlar yaşayır. Eləcədə bu tayda ləzgilər, saxurlar,avarlar və başqa xalqlar yaşayır. Yəni bu gün yalnız Türklərin bayramı deyil! Azərbaycan Respublikasında yaşayan özünü Azərbaycan vətəndaşı sayan və o tayda da Güney Azərbaycanda yaşayan bütün xaqların bayramı olsun ki, dünyanın hər yerində olan azərbaycanlı yəni coğrafi ərazi etibarı ilə özlərini azərbaycanlı sayanlar bu günü bayram eləsinlər. Və 1989 cu ilin 31 dekabrında tikanlı məftillər sökülən gün keçirilən mitinqdə də bu elan edildi. 1990-cı ildə və Azərbaycan Xalq Cəbhəsinə müraciət olundu ki, bu günün bayram günü olmasını qeyd edin. AXC də telefanaqramma ilə yerlərə, rayonların hamısına bildirdi ki, 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü olması qeyd olunsun. Yəni bu ictimai təşkilatın verdiyi bir qərar idi. 1990-cı ilin noyabır ayında İstanbulda Azərbaycan Türk Dərnəklərinin bir qurultayı keçirildi. Bakıda yox, Naxcıvanda da Ağrıdağ forumu keçirildi. Hər iki təşkilat da qərara alıb, Azərbaycan Ail Sovetinə müraciət göndərdi, onlardan xahiş etdi ki, bu gün- Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunsun. Naxcıvan Ail Məclisi də 1991-ci ildə, bir neçə bənddən ibarət bir qanun qəbul elədi,31 Dekabrın Həmrəylik günü kimi qeyd olunması barədə. Ayaz Mütəllimov prezident olduğu dövrdə 31 Dekabrın bayram günü kimi qeyd olunması haqqında fərman imzaladı və Azərbaycan Qanunvericiliyinə salındı ki,həmin gün istirahət günü olsun, dunyanın hər yerində elan edilsin və bayram günü kimi qeyd edilsin. Beləliklə, 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi tarixə düşdü”.
– Zamanla bu günlə bağlı tənqidi fikirlər, ironiyalar hökm sürürdü. Son İran hadisələri bu günün, ümumiyyətlə tarixi Sərhəd hərakatının nə qədər önəmli olduğunu göstərdi. Sizcə,”Hər şeyin zamana ehtiyacı var” deyimi bütün sahələrdə olacaqmı, olunmalıdırmı?
“Sərhəd məftillərinin açılması söhbəti olanda buna qarşı duranlar yalnız komminist partiyası, sovet hökuməti, sərhəd qoşunları və polis deyildi. Yəni, xalq hərəkatının öz içərisində olan adamların da bir qismi buna etizar edirdi. Deyirdilər ki, siz sərhəddə camaatı aparmaqla o adamları qırğına verəcəksiniz. Bu çox qorxulu bir işdi. Yaxud da görürdülər ki, bunların öhdəsindən gələ bilmirlər, deyirdilər ki, bunu KQB təşkil edib. Bu hərəkatı gözdən salmağa çalışırdılar. Ancaq, buna baxmayaraq xalq, çoxluq bu işi istəyirdi, arzulayırdı deyə həyata keçdi. Sonra bu hərəkatda indiki rəhbərlərin adı olmadığına görə Xalq Cəbhəsinin adı ilə bağlı olduğuna görə, başladılar haqqında dedi qodu yaymağa, mənfi fikirlər deməyə. Zamansa gəldi ona çıxdı ki, İran Azərbaycan münasibətləri gərginləşəndə Azərbaycan Respublikasının hakimiyyət orqanları gördülər ki, yox bu cür bayramların təşkilinə, geniş təbliğinə böyük ehtiyac var. Yəni İran İslan Respublikasının hakimiyyətini, hökümətini bu bayramlar vasitəsi ilə sıxışdırmaq olar. Ona görə də Azərbaycan hökuməti bu məsələyə diqqəti artırmağa başladı”.
– Ümumiyyətlə, təşkilatlar, siyasi qurumlar, media, milli ideyalarını cəmiyyətdə legitimlik qazanması üçün necə bir strategiya həyata keçirməlidirlər?
“Cəmiyyətin, toplumun birliyi üçün hansı tədbirlər həyata keçirməlidir sualına cavab verə bilərəm ki , bu könüllülük prinsipindən ayrı-ayrı dərnəklər, siyasi partiyalar, qurumlar tərəfindən olsa- bu təbliğatdır. Ancaq bu məsələni dövlət öz üzərinə alıb, uzun müddətli proqram hazırlasa, dövlər bu promqramı həyata keçirsə, çox uğurlu bir iş olar və uğur da qazanar. Ancaq, könüllülük prinsipi əsasında indi heç bir iş görmək olmaz. Ona görə də bu işə sahib çıxmalı olan ayrı-ayrı partiyalar deyil, daha çox hökumət olmalıdı. Hökumət bu işi nə qədər bəyənsə alqışlasa o qədər yaxşıdı”.
– Və sonda 2023-cü ildə sizcə biz güneyli, quzeyli tale yüklü məsələlərdə həmrəy ola biləcəyikmi, yoxsa firqə və şəxsi maraqlar həmrəyliyi üstələyəcəkmi?
“2023-cü ildə xalqın, partiyaların, təşkilatların hökumətlə eləcə də siyasi partiyaların həmrəy olacağına ümidim yoxdu. Yəni, arada elə uçurumlar yaradılıb ki, elə əngəllər qoyulub ki, həmrəylik belə asan başa gələn birşey deyil. Güney Azərbaycanda da vəziyyət o qədər gərgindir ki, hələ onlar hökumətdə olan islamçıları hakimiyyətdən qovmağa, uzaqlaşdırmağa, yeni demokratik bir ölkə qurmağa çalışırlar. Belə bir gərgin qarşıdurmada hansı bir həmrəylikdən danışa bilərik. Nə o tərəfdə, nə bu tərəfdə elə bir həmrəyliyimiz yoxdu və olacağınada hələ ümidim yoxdu”.