Bölgə xəbərləri

“Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb

24 oktyabr / 11:26 1 dəq
7acc72bc 61f1 4e4c bd7c 7a3267377c93
24 oktyabr / 11:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb.

“Qərb Xəbər” bildirir ki, Qazax rayonunu əhatə edən layihədə 100-ə yaxın kənd sakini iştirak edib.

Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, 2 ay davam edən layihə çərçivəsində Qazax rayonunun 6 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər keçirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər