İstanbul danışıqlarından sonra Ukrayna və Rusiya yeni əsir mübadiləsinə hazırlaşır
İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi üçün yeni mərhələyə hazırlıq barədə razılığa gəliblər.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, tərəflər arasında sənədlərin mübadiləsi Türkiyənin vasitəçiliyi ilə baş tutub.
O, həm də təsdiqləyib ki, konkret tarixlərin hələ açıqlanmamasına baxmayaraq, tərəflər daha bir əsir mübadiləsinin təşkili üzərində çalışırlar.

