İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 20 fələstinli həlak olub
İsrail Ordusunun Qəzza zolağının mərkəzi və cənub hissələrinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
Zərbələrin əsasən Qəzzanın mərkəzindəki Deyr əl-Bələh və cənubda Xan Yunisə endirildiyi qeyd edilir.




