Afrika ölkələrində meymunçiçəyinə yoluxma hallarının sayı 22,8 minə çatıb
2024-cü ilin əvvəlindən Afrika ölkələrində meymunçiçəyinə (mpox) yoluxma hallarının sayı 22,8 minə çatıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “AP” Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinə istinadən məlumat yayıb.
Bu müddət ərzində xəstəliyə yoluxan 622 nəfər dünyasını dəyişib.
Üstəlik, son bir həftə ərzində yoluxmaların sayı 200% artıb.
Mpox epidemiyasının episentri Konqo Demokratik Respublikasıdır.
Xəstəlikdən ən çox təsirlənən yaş qrupu 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir.





