Dünya

İsrail və HƏMAS girovlarla bağlı razılıq əldə etməyə yaxındır

14 noyabr / 11:30 1 dəq
FotoJet 2023 11 14T093200.945
14 noyabr / 11:30
Burada sizin reklamınız ola bilər

İsrail və HƏMAS Qəzza zolağında girov saxlanılan şəxslərin azad edilməsi istiqamətində razılığa gəlməyə yaxındırlar.

“Qərb Xəbər” The Washington Post-a istinadən xəbər verir ki, razılaşmanın baş tutacağı təqdirdə israilli qadın və uşaqların əksəriyyəti azad ediləcək.

“Sazişin ümumi konturları aydındır”, – deyə mənbə iddia edir.

Xatırladaq ki, HƏMAS Qəzzada girovların azad edilməsi üçün atəşkəsə ehtiyac olduğunu bəyan edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər