İsrail və Fələstin razılığa gəldi
İsrail və Qəzza zolağındakı fələstinli radikallar atəşkəs barədə razılığa gəliblər.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Atəşkəsə Misir, Qətər və BMT-nin vasitəçiliyi ilə nail olmaq mümkün olub.
Atəşkəskin artıq qüvvəyə mindiyi bildirilir.
Qeyd edək ki, mayın 2-si İsrail ordusunun yaydığı məlumata görə, fələstinli radikallar Qəzza bölgəsindən ölkə ərazisini atəşə tutublar. Buna cavab olaraq, İsrail hərbçiləri də Qəzza bölgəsinə zərbələr endirib.




