İsrail səfiri Azərbaycana təşəkkür etdi
Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm.
“Qərb Xəbər” bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X sosial şəbəkəsindəki hesabında yazıb.
“Sevgi paylaşımları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”, – səfir qeyd edib.
Qeyd edək ki, HƏMAS və “İslami-Cihad” 7 oktyabrda “Əqsa tufanı” əməliyyatı başladıb və İsrailə hücum edib. Hücum nəticəsində indiyə qədər 700 israillinin öldüyü, 2,2 min nəfərin yaralandığı bildirilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı