Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İsrail Qəzzaya hücumları artıracağını bildirib

23 oktyabr / 16:08 3 dəq
5d6ec9f0 70b4 11ee a503 4588075e3427
23 oktyabr / 16:08
Burada sizin reklamınız ola bilər

İsrailin Həmasla müharibəsinin miqyası böyüdükcə, ölkənin Livanla həmsərhəd şimal ərazisində də gərginlik getdikcə artır.

İsrail Livanla sərhədə yaxın yerləşən daha 14 yaşayış məntəqəsinin evakuasiya edildiyini açıqlayıb. Bazar ertəsi isə İsrail 28 yaşayış məntəqəsindən insanları evakuasiya etmişdi.

Bununla yanaşı, İsrail ordusu Qərb Sahilində yerləşən Cenin yaşayış məntəqəsində Həmas qruplaşmasına məxsus olduğu deyilən “terrorçu yuvasına” zərbələr endirib.

BMT-nin Yaxın Şərq regionunda Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib ki, İsrailin təhlükəsizlik qüvvələrin Qərb Sahilindəki Nur Şəms qaçqın düşərgəsində apardığı əməliyyat zamanı 13 dinc sakin öldürülüb.

İsrail ordusunun digər sözçüsü Daniel Hagari isə şənbə günü keçirdiyi mətbuat konfransında ölkəsinin Qəzzaya yönəlik hücumlarını “dərinləşdirəcəyi və artıracağını” bildirib.

Regionda münaqişənin gərginləşdiyi son iki həftə ərzində ötən gün ilk dəfə olaraq Misirdən Qəzza bölgəsinə humanitar yardım daşıyan yük maşınlarının girişinə icazə verilib.

BMT regionda vəziyyətin “fəlakətli” olduğuna diqqət çəkərən 20 yük avtomobili ilə gətirilən yardımın “dəryada bir damla” olduğunu deyib. Təşkilatın humanitar məsələlər üzrə katibi bu gün Qəzza ərazisinə ikinci yardım karvanının keçməsinə icazə veriləcəyinə ümid etdiyini bildirib.

Həmasın 7 oktyabrda başlatdığı hücumlardan sonra cavab tədbirləri görən İsrailin hərbi əməliyyatları davam etdirməsi nəticəsində Qəzzadakı mülki əhali bütövlükdə humanitar yardımlardan asılı vəziyyətə düşüb.

Bu arada, ABŞ-ın hərbi mərkəzi sayılan Pentaqondan bildirilib ki, “İran və onun Orta Şərqdəki proksi qüvvələrinin başlatdığı eskalasiya” səbəbindən ABŞ regiona əlavə qüvvə “səfərbər etməyə hazırdır”

@BBC

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı