İsrail ordusu ötən gecə Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbə endirib
A picture taken on November 12, 2018, shows smoke rising above the building housing the Hamas-run television station al-Aqsa TV in the Gaza Strip during an Israeli air strike. - Israel's military said it was carrying out air strikes "throughout the Gaza Strip" after rocket fire from the Palestinian enclave towards its territory. (Photo by Mahmud Hams / AFP)
İsrail ordusu ötən gecə Qəzza zolağında 200-dən çox hərbi obyektə zərbə endirib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, gecə ərzində davam edən hücumlar nəticəsində Qəzza zolağında yerləşən HAMAS və İslami Cihad təşkilatlarına aid 200-dən çox hərbi hədəf vurulub. Bununla yanaşı, HAMAS-ın hərbi agentinin öldürüldüyü bildirilib.
Aviasiya zərbələri nəticəsində silah-sursat anbarları və terror fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilən bank məhv edilib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı