Dünya

İsrail müxalifəti Netanyahu ilə məhkəmə islahatlarına dair dialoqa başlamağa razılaşıb

28 mart / 09:15 1 dəq
6421f632c2a846421f632c2a8516799473146421f632c2a816421f632c2a83
28 mart / 09:15
Burada sizin reklamınız ola bilər

İsrailin aparıcı müxalifət partiyalarının başçıları baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisəli məsələləri üzrə geniş dialoq təklifinə cavab veriblər.

“Qərb Xəbər” xəbər verir ki, ən böyük müxalifət partiyası Yeş Atidin rəhbəri, parlament müxalifətinin lideri Yair Lapid prezident İtsak Hersoqun vasitəçiliyi ilə dialoq aparmağa hazır olduğunu bildirib.

O vurğulayıb ki, dövlət başçısı hər iki tərəfdə etimad yaradan “dialoq mexanizmini müəyyənləşdirməli və ədalətli vasitəçi kimi çıxış etməlidir”.

Öz növbəsində böyük müxalifət blokunun lideri, keçmiş müdafiə naziri Benni Qantz dialoqa hazır olduğunu bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər