İsrail-Həməs muharibəsi: İsrail ordusu Qəzzada tanklarla “hədəflərə hücüm” edib
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, gecə ərzində tanklardan istifadə edərək Qəzzanın şimalında “hədəflərə reyd” həyata keçirib. Bu, barədə “Qərb Xəbər” BBC news Azərbaycan saytına istinadən məlumat verir ki, cümə axşamı günü əməliyyatın videosunu paylaşan bir yazıda, basqının “döyüşün növbəti mərhələlərinə hazırlıq” çərçivəsində həyata keçirildiyi və “çoxsaylı terror hücrələrinə, infrastruktura və tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirildiyi” bildirilib.
“Əsgərlər bundan sonra bölgəni tərk edərək İsrail ərazisinə qayıdıblar”, – IDF elan edib.
Daha əvvəl baş nazir Benyamin Netanyahu televiziya ilə çıxışında ordunun hələ də qurudan hücuma hazırlaşdığını deyib, lakin dəqiq vaxt ifadə etməyib.
İsrail ötən həftə Fələstin ərazisi olan Qəzza şəhəri və digər şimal bölgələrinin 1,1 milyon sakinini öz təhlükəsizlikləri üçün tərk etmələrini istəyib, onları Qəzza zolağının cənubuna getməyə çağırıb.
Lakin BMT-nin yüksək səviyyəli rəsmisi BBC-yə bildirib ki, Qəzzanın şimalında evlərini tərk edən bəzi fələstinlilər cənubda vəziyyət pisləşdikcə geri qayıtmağa başlayıblar.
İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.
Mələk.M




