İsrail aviasiyası Qəzza və Livanı bombalayıb: 25 nəfər ölüb, yaralılar var
Ötən gecə İsrail hərbi aviasiyasının Qəzzanın mərkəzindəki Əl-Zavayda yaşayış məntəqəsindəki sığınacağa aviazərbələri nəticəsində 15 nəfər ölüb.
Qerbxeber.com “Al-Jazeera”ya istinadən xəbərinə görə, hava reydi zamanı xeyli sayda yaralıların olduğu açıqlanıb.
Qırıcılar Livanın cənubunu da hədəfə alıb. Nabatiyə şəhərindəki yaşayış binalarından birinə atılan raketlər azı 10 nəfərin həyatına son qoyub, 3 nəfər dinc sakin isə yaralanıb.




