Bölgə xəbərləri

İranın Sərhəd Qoşunlarının komandanı yenidən sərhəddədir

28 mart / 17:26 1 dəq
1680007970 snimok ekrana 2023 03 28
28 mart / 17:26
Burada sizin reklamınız ola bilər

İranın Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Kuderzi Azərbaycanla sərhədə gəlib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

İranlı general sərhəddən Azərbaycan və Ermənistana mesajlar verib.

“Biz qonşularımıza qarşılıqlı hörmətlə yanaşırıq. Azərbaycanla Ermənistan arasındakı problemin diplomatik yolla həll ediləcəyinə ümid edirik. Bütün dünyada müharibələrin olması və qan tökülməsi məsələnin həllinə kömək etmədi. Bəzi qonşularımızın problemi diplomatik yolla həll etmək üçün bölgədə təhlükəsizliyin təmin edilməsini istəyirik və bunu tövsiyə edirik”,- deyə Əhməd Əli Kuderzi bildirib.

Qeyd edək ki, İran Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu məqsədlə 300-dən çox hərbi texnikanın və canlı qüvvənin Poldəşt şəhərinə gətirildiyi deyilir.

News365.az

Paylaş
Burada sizin reklamınız ola bilər