Bölgə xəbərləri

İranda bir neçə hökumət məmuru öldürülüb 

10 oktyabr / 17:30 1 dəq
634406321a26b634406321a26c1665402418634406321a269634406321a26a
10 oktyabr / 17:30
Burada sizin reklamınız ola bilər

 

“Qərb Xəbər” “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, onları etirazçıların qətlə yetirdiyi iddia olunur.

Zəngan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal “Bəsic” birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb.

 

Bununla yanaşı, Tehranda Səlman Əmirəhmədi adlı “Bəsic” üzvünün də qətlə yetirldiyi bildirilib. Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsinin rəisinin müavini Rəsul Bərzuyi də həyatını itirib.

Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.

Bu şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər.

Paylaş
Burada sizin reklamınız ola bilər