İran Yaxın Şərqdəki ABŞ bazalarına zərbə endirib
İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdəki bir neçə ABŞ hərbi hədəfinə zərbələr endirib.
Bu barədə İran dövlət televiziyası və radiosu məlumat yayıb.
Zərbələr Küveytin Bubiyan adasındakı ABŞ hərbi texnikasını, Bəhreyndə Patriot sistemini” hədəfə alıb. Həmçinin BƏƏ-dəki ABŞ hərbi toplanış məntəqələrinə və “Oracle” şirkətinin qərargahına hücum edilib.





