İranın İslam Şurası Məclisi (parlament) sədrinin strateji məsələlər üzrə müşaviri Mehdi Məhəmmədi Fordo nüvə obyektinin ABŞ-nin zərbəsindən əvvəl təxliyə edildiyini açıqlayıb.
Bu barədə müşavir sosial şəbəkədə yazıb.
“İran artıq bir neçə gecə idi ki, Fordoya hücum gözləyirdi. Obyekt çoxdan təxliyə edilib və hücum nəticəsində də bərpaedilməz zərər almayıb. İki şey şübhəsizdir: birincisi, biliyi bombalamaq mümkün deyil, ikincisi, avantürist bu dəfə uduzacaq”, – o qeyd edib.