Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib

1 ay ago
A A
63018379-732540228
İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib. SEPAH-ın Qüds qanadına bağlı teleqram kanalı məlumatı bu qeydlə yayımlayıb: “İran-Azərbaycan əlaqələri gərginlik yaşadığı dönəmdə. İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”.
asif
Bakı-Tehran xəttində gərginlik yaxın günlərə qədər davam edirdi. Xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması ilə müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür.
Burada diqqətçəkən bir neçə məqam var:
Birincisi, radarlarla bağlı məlumatın niyə bu gün tirajlanmasıdır;
Bakı ilə müəyyən təmaslar qurulsa da, Tehranın Azərbaycan-İsrail münasibətlərinə dair mövqeyi dəyişməyib və İsrailin xarici işlər naziri Eli Kohenin bu gün Bakıya səfəri də cəbubda narahatlıqla izlənilir. Kohenin Bakıya gəldiyi gün Azərbaycanla sərhəddə radarların yerləşdirilməsi informasiyasının tirajlanması “Azərbaycan-İsrail münasibətləri İrana qarşıdır” iddiasından əl çəkməyən İranın “güc nümayişi” sərgiləməsi kimi başa düşülə bilər.
İkincisi, bu radar sistemlərindən hansı məqsədlər üçün istifadə edilməsidir;
İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil. 44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir.
Asif Nərimanlı

Son xəbərlər

bu-gun-son-z-ng-calinir

Bu il 100 mindən çox şagird məzun olacaq

31 May 2023
ilham əliyevvv

Prezident: Azərbaycan alternativ enerji sektorunda öndə gedənlərin arasında olmaq istəyir

31 May 2023
Vladimir Putin

Rusiyanın planı odur ki, bölgədə davamlı sülh olmasın – Politoloq

31 May 2023
62a18804-4ebe-34d5-a55f-dc5714786e1a_850

Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcək

31 May 2023
mm-bina

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub

31 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.