President of georgia mikheil saakashvili in tbilisi, march 22, 2008
Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər
6592c414 94a5 4074 b7fc d50ac14be6de
Türkiyə İskilipdə Beynəlxalq Qardaşlıq Görüşü-Skautlar Yaylaq düşərgəsində
Elnur123
Vücudumuzun səssiz bildirişi- Onu EŞİTMƏK vaxtıdır!-ELNUR NEMƏTOVUN yazısı
Financialtimes desktop min.2e16d0ba.fill 1968x942
Avropa Rusiya aktivləri üçün qərar verib, dərhal hərəkətə keçməlidir-“FİNANCİAL TİMES”
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

İran-Azərbaycan gərginliyinin əsas səbəbi yüz il əvvələ qorxu və siyasi iddialara dayanır-ORXAN ATABƏY

Qarabağ zəfəri və İsraillə əməkdaşlıq bəhanə

5 gün ago
A A
Orxan atabəy

Bugün Azərbaycanla İran arasında münasibətlər gərgindir. Amma bu gərginlik təkcə Qarabağla və ya son illərdə İsraillə əməkdaşlıqla bağlı deyil. Əsas səbəblər daha dərinə, yüz il əvvələ qorxuya və siyasi iddialara gedib çıxır.

İndi bir anlıq tarixin arxasına boylanaq. Çünki bu gərginliyin haradan qaynaqlandığını anlamaq üçün bizi 1918-ci ilə aparan izlər var.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika elan olundu. Dövlətə ad seçimi üçün “Türküstan”, “Qafqaz Türk Cümhuriyyəti”, “Oğuzustan” kimi təkliflər olsa da, Rəsulzadənin təkidi ilə “Azərbaycan” adı qəbul edildi.
Bu ad bizim üçün qürur idi. Amma Tehran üçün zəlzələ oldu.
İranın İstanbuldakı səfirliyi dərhal etiraz məktubu göndərdi:
“Azərbaycan adı İranın əzəli torpağına, Təbriz və ətrafına aiddir. Cənubi Qafqazda yeni yaradılmış dövlətin bu adı götürməsi yolverilməzdir.”
Məqsəd aydın idi, bu ad ləğv edilməliydi. Çünki İran üçün “Azərbaycan” adlı bir dövlətin varlığı gələcəkdə Güneyə təsir edə bilərdi.
O vaxt İran başında türk mənşəli Qacar sülaləsi var idi. Əhməd şah Qacar Bakıya gəlmiş, Azərbaycan Cümhuriyyətinə simpatiyasını gizlətməmişdi. Amma onun səsi artıq qərar verən deyildi.
Çünki 1906 Məshrutə İnqilabından sonra real hakimiyyət fars bürokratlarının əlinə keçmişdi. Əhməd şah sadəcə simvol idi. Dövləti isə Vüsuqüddövlə kimi fars mənşəli nazirlər idarə edirdi.
1919-cu ildə fars nazirlərin İranla Britaniya arasında imzaladığı müqavilə ölkəni faktiki olaraq İngiltərənin nəzarətinə verdi. Təbrizdə bu müqaviləyə etirazlar başladı. Başda duran Seyid Məhəmməd Xiyabani idi, azərbaycanlı maarifçi və ruhani.
1920-ci ildə Xiyabani Təbrizdə üsyan etdi, muxtariyyət elan etdi. Amma dövlətə “Azərbaycan” yox, “Azadistan” adını verdi. Hansı ki, Quzey Azərbaycan adı sonradan seçsə də, Güneydə Azərbaycan min illik tarixi addır. Niyə?
Çünki özü deyirdi:
“Əgər bu bölgəyə Azərbaycan adı versəm, Tehran dərhal bizi bölücü, Quzey-Güney birliyinin tərəfdarı elan edəcək.”
Yəni o, Tehranı qıcıqlandırmamaq üçün belə addım atdı. Amma yenə də İran onu bağışlamadı. Hərəkat qan içində yatırıldı, Xiyabani qətlə yetirildi.
Səhnəyə növbəti dəfə Seyid Cəfər Pişəvəri çıxır. 1945-ci ildə, Sovet dəstəyilə Təbrizdə Azərbaycan Milli Hökumətini elan edir. Rəsmi dil türk dili olur, məktəblər açılır, islahatlar keçirilir.
Artıq İranda irqçi Pəhləvi fars hökuməti var idi, buna da “xəyanət” damğası vuruldu. Sovetlər İrandan çəkiləndən sonra bu hökumət qanla dağıdıldı. Liderləri ya öldürüldü, ya da sürgün edildi.
Sovetlər 1991-ci ildı dağıldı, Azərbaycan müstəqil oldu. İran üçün bu, yeni şok idi.
Çünki artıq sərhədin o tayında türkcə danışan, müstəqil bir dövlət var idi. Dərhal daxildəki milyonlarla azərbaycanlının ayılacağından qorxmağa başladılar.
Birinci Qarabağ müharibəsində İran Ermənistana yollar, sərhədlər açdı və enerji, ərzaq, tikinti yardımı ilə nəfəs verib açıq dəstək verdi. Amma ən böyük zərbə Azərbaycan xalqının içinə göndərilən ideoloji casus ordusu idi.
İran Azərbaycan cəmiyyətinə fanatizm, dini radikalizm, kriminal ideologiya yaymağa başladı.
Eyni anda narkotiklərlə yeni bir müharibəyə girişdi. Rəsmi rəqəmlərə görə, Azərbaycana daxil olan narkotiklərin 98 faizi İran mənşəlidir.
Separatizm fikirləri, etnik qızışdırmalar, sərhədyanı bölgələrdə casus yuvaları hamısı bu planın tərkib hissəsi idi. Hədəf: Azərbaycanın içini parçalamaq.
2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan qalib gəldi. Türkiyə ilə birgə güc nümayiş etdirildi, Şuşa Bəyannaməsi imzalandı.
Qələbədən sonra Prezident İlham Əliyev bölgədəki soyuqluğa son verməyə çalışdı. İranı “müsəlman qonşu” adlandıraraq dostluq mesajları verdi. Bu çıxışlar təkcə prezidentlə bitmədi ardınca Prezident Aparatı, Milli Məclis və digər rəsmi qurumlar da eyni tonla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğuladılar.
İran nə etdi?
Tanklarını sərhədə çəkdi, “təlim” adı ilə güc nümayiş etdirdi. Azərbaycana qarşı hədələyici kliplər çəkildi, müğənnilərə düşmənlik dolu mahnılar bəstələndi. Açıq şəkildə hədə qaldırdı. Ermənistana hərbi-siyasi dəstəyi gücləndirdi.
Zəngəzur dəhlizi məsələsində isə maraqlı bir mənzərə ortaya çıxdı: Ermənistan kənarda qaldı, İranın rəsmiləri, nazirləri, diplomatları, generalları ortaya düşdü:
“Qırmızı xəttimizdir” deyə-deyə meydanı onlar tutdu.
Çünki artıq hər şey açıq şəkildə görünürdü: Bu düşmənçilik gizli deyildi.
Azərbaycan – 100 illik mübarizənin adı. Bu ad:
1918-də etiraz doğurdu,
1920-də susduruldu,
1946-da əzildi,
1991-də yenidən doğuldu.
Bu fars şovinizminin türklüyə qarşı qaldırdığı yüz illik ideoloji savaşdır.
Bu gün Azərbaycan xalqı gələcəyin yolunu açır. İranın təhdidləri, kinli bəyanatları, köhnə qorxuları bu yoldan döndərə bilməyəcək.

Son xəbərlər

Makron

Makron: Avropa güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcək

08 İyul 2025
Tramp yeni

Tramp Rusiyaya qarşı sanksiyaların qəbuluna “ciddi baxdığını” bəyan edib

08 İyul 2025
Azer pakis

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

08 İyul 2025
90848c37 a500 4e65 b5f1 05f719b5413e

Şəmkirdə “SHORECA-Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası davam edir

08 İyul 2025
Tramp ve netanyahu

Tramp və Netanyahu Xameneinin taleyini müzakirə edib-İDDİA

08 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.