Dünya

İran ABŞ-la danışıqların beşinci mərhələsi üçün təklif aldığını bildirib

20 may / 11:28 1 dəq
Indir 2025 05 20t112751.003
20 may / 11:28
Burada sizin reklamınız ola bilər

İran ABŞ-la dolayı danışıqların beşinci raundu üçün təklif alıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

“Biz İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq və bu, nəzərdən keçirilir”.

Təklif olunan danışıqların məzmunu və vaxtı barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, İran-ABŞ danışıqlarının 4 raundu İtaliya və Omanda keçirilib.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

Paylaş
Burada sizin reklamınız ola bilər