Bölgə xəbərləri

İrəvanda partlayışda ölənlərin sayı artdı

16 avqust / 09:47 1 dəq
FotoJet 2022 08 16T083839.113
16 avqust / 09:47
Burada sizin reklamınız ola bilər

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib:

“Daha bir cəsəd dağıntılar altından çıxarılıb. Hazırda ölənlərin sayı 16-dır. Axtarış-xilasetmə əməliyyatları davam edir”.

Hadisədə terror aktı versiyası istisna edilir.

Qeyd edək ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb, 22 nəfər isə itkin düşüb. Onlar arasında İran və Rusiya vətəndaşları var.

Mənbə: Sputnik Ermənistan

Paylaş
Burada sizin reklamınız ola bilər