Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

İrəvan sürətlə silahlanır: niyə, kimə qarşı? – Politoloq

24 oktyabr / 10:53 2 dəq
Ermeni ordu
24 oktyabr / 10:53
Burada sizin reklamınız ola bilər

Ermənistan bir tərəfdən dekabr ayına qədər sülh müqaviləsinin imzalanmasına hazır olduğunu deyir, digər tərəfdən aktiv şəkildə silahlanmaya fokuslanıb. Aydın məsələdir ki, Ermənistan bu silahları İrana, Rusiyaya, Gürcüstana qarşı yox, Azərbaycana qarşı istifadə edəcək.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistanın Fransa ilə silah sazişinin imzalanması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda partizan müharibəsinə, terror aktlarına hazırlaşırlar:

“Bütün bunlar Azərbaycana qarşıdır. Ermənistan tək Fransadan yox, Fransa ilə yaxın olan başqa ölkələrdən də son illərdə milyardlarla dollar həcmində silah alıb. Yeni hərbi formasiyalar yaranıb. Ermənistanda ASALA-nı yenidən diriltmək üçün çalışırlar. Bu yaxınlarda VOMA təşkilatını elan etdilər. O da ASALA-nın yeni formasıdır.
Ermənistan bir tərəfdən sülhü təmin etmək barədə danışır, digər tərəfdən Fransanın Qafqaza müdaxiləsinə şərait yaradır və kütləvi şəkildə silahlanır. Bütün bunlar Ermənistanın niyyətinin birmənalı olmadığına işarədir. Məhz bu da regionda gərginlik yaradır. Tək Azərbaycan deyil, regional dövlətlər, İran və Rusiya da açıq şəkildə Qərbin Ermənistan üzərindən bölgəyə gəlməsinə və bölgədə silahlı münaqişəyə qarışmasına etiraz edir. Bu hadisə istər-istəməz bölgədə siyasi təzyiqi yüksəldir. Çox yaxşı olar ki, Ermənistan ya sülh müqaviləsi üçün hazırlaşsın, ya da konkret şəkildə bütün resurslarını silahlanmaya xərcləsin və müharibəyə hazırlaşsın. İkisi ilə də məşğul olmaq çox ciddi suallar yaradır”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı