İqtisatçı: “Nazirlər Kabnetinin inflyasiya üçün hazırladığı tədbirlər yetərli deyil”
“Azərbaycanda İnflyasiya ilin 9 ayı üçün rəsmi mənbələr 14,2%, ərzaq inflyasiyası üçün isə 21,6 % qeyd edirlər. Rəsmi mənbələr bizdə inflyasiyanı olduğu kimi əks etdirə bilmirlər. İnflyasiyanı ona görə az göstərirlər ki, dövlətin bəzi xərclərini və müavinətlərini aşağı göstərsinlər. İnflyasiyanın şəffaf izlənməsi üçün bütün istehlak səbətinə daxil olan bütün malların orta qiyməti çıxarılsa, daha sonra aylar və illər üzrə müzakirə olunsa daha şəffaf inflyasiyanın ölçüsü olardı. Ölçmənin şəffaf olması onun həm də düzgün olmasına gətirib çıxarardı”.
Bu sözləri “Qərb Xəbər“ə açıqlamasında iqtisatçı Elçin Rəşidov deyib.
Dövlət inflyasiyanı necə cilovlaya bilər sulına iqtisatçı bildirib ki, dövlətin monitar funksiyasını yerinə yetirən ilk növbədə Mərkəzi Bankdır. İnflyasiya da monitar bir hadisə olduğuna görə ilk növbədə ona baxmalıyıq. Mərkəzi Bankın strategiyası həmişə inflyasiyanı cilovlamaq barədə qeyd olunur. Amma, yanlış qeyd olunur.
“Mərkəzi Bankın isə inflyasiyanı idarə etdiyinə dair dəlil demək olar ki yoxdur. Əksinə, Mərkəzi Bank ölkənin inkişafına hədəfləyən strategiyanı qəbul etməli idi. Yəni, manatın öz məzənəsi müəyyən oluna bilmədiyi qədər Mərkəzi Bankın da inflyasiyasiyanı təyin etmək, onu idarə etmək və yaxud ona təsir etmək imkanları aradan qalxır. Bu halda da Mərkəzi Bank yalnız bunu müşahidə edə bilər”.
Elçin Rəşidov əlavə edib ki, hökumətin İnfilyasiya ilə mübarizə apardığı digər hissə Nazirlər Kabneti yanında hazırladığı antı-inflyasiya tədbirləridir. Amma bu da bir “don kixodun” mübarizəsinə oxşayır.
“Nazirlər Kabnetinin hazırladığı tədbirlər çox təcrübəsizdir . Ona görə təcrübəsizdir ki, orada qeyd edilən tədbirlər əslində ya infilyasiyanı gücləndirən tədbirlərdir, ya məsələyə dəxili olmayan tədbirlərdir. Yəni, bunlar hansısa gözəl sözləri eşidib, ard-arda düzüblər və onun anti-infilyasiya tədbirləri olduğuna inanırlar.
Misal üçün proteksionist siyasəti yazıblar. Orada və proteksionist siyasət həmişə daxildə qiymətləri qaldırır. Yəni, İqtisadiyyat üçün olan mövzular debat mövzusudur və kontekstə baxılır. Bu baxımdan onların belə bir tədbirlərinin hər biri bu qiymətlərin qalxmasına səbəb olacaq. Azalmasına səbəb olmayacaq.
Hökumətdən əlavə hökumətin ayrı-ayrı nazirlikləridə inflyasiya ilə bağlı tədbirdə düzgün işlərini yerinə yetirmirlər. O cümlədən, burada Vergi Nazirliyinin və Gömrük Komitəsinin ölkə daxilində inflyasiyanın azalmasına dair heç bir addım atmayıb. Xüsusilə də, ərzaq inflyasiyasının ayrıca qeyd edilməsinin səbəbi ondan ibarətdir ki, ərzaq inflyasiyası yoxsulları daha çox vurur”.
“Onu da qeyd edim ki, Azərbaycan orta istehlakçısının səbətində ərzağın payı çoxdur. Bu Azərbaycan istehlakçısının yoxsul olduğunu göstərir. Belə ki ərzağın payı 50%dən coxdur. İnkişaf etmiş ölkələrdə bu çox aşağıdır. Azərbaycan istehlakçısının səbətinin faizindən 4, 5 dəfə azdır”- deyə iqtisatçı vurğulayıb. Ardı var…
Rahib İsgəndərli




