Bölgə xəbərləri

İqlim riskləri ilə mübarizə üçün beynəlxalq fond yaradılır

15 noyabr / 09:51 1 dəq
818a2f15 642d 36bb 8c8a 162824f6f217
15 noyabr / 09:51
Burada sizin reklamınız ola bilər

“Böyük Yeddilik” (G7) ölkələri iqlim riskləri ilə mübarizə üçün beynəlxalq fondun yaradılması barədə razılığa gəlib.

“Qərb Xəbər” bildirir ki, Fransanın xarici işlər, iqtisadiyyat və maliyyə nazirlikləri məlumat yayıb.

Fondun yaradılması ideyası iqlim dəyişikliyinin təsirlərinə həssas olan 20 ölkə ilə müzakirə edilib. Onların fikrincə, təşəbbüs dövlətlərin əhalinin maddi təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Fond sosial müdafiə və sığorta həllərinin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək, həssas ölkələrdə iqtisadi və sosial inkişafı təşviq etmək məqsədi daşıyır.

Kanada, Danimarka, Almaniya, İrlandiya və ABŞ da fondda iştirak qərarını açıqlayıb. Onların ianələri 210 milyon avro təşkil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər