Bölgə xəbərləri

İlk uçan maşınının qiyməti açıqlandı

26 dekabr / 10:09 1 dəq
63a735ff61a8263a735ff61a83167190271963a735ff61a7f63a735ff61a81
26 dekabr / 10:09
Burada sizin reklamınız ola bilər

İlk uçan “Xpeng” avtomobilinin buraxılış tarixləri və qiyməti açıqlanıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Nəşrin jurnalistləri AeroHT startapının yaradıcısı Çjao Deliyə istinad ediblər – onun 2013-cü ildən uçan avtomobillərlə məşğul olan şirkəti “Xpeng” tərəfindən dəstəklənir. Mütəxəssisin fikrincə, gələcək “Xpeng” elektromobili 2025-ci ilə qədər kütləvi istehsalda ola və satışa çıxarıla bilər. Uçan avtomobilin qiyməti 140 min dollar və ya 238 min manat ola bilər.

 

Çjao Deli qeyd edib ki, əgər AeroHT “Xpeng”in Çin daxilində geniş təchizatçılar şəbəkəsinə güvənərsə, münasib qiymətə nail olmaq mümkündür.

Startapın təsisçisi vurğulayıb ki, gələcək avtomobil ümumi istifadədə olan yollarda vaxtın 90 faizini keçəcək – tıxac zamanı avtomobil havaya qaldırıla bilər. Avtomobilin dörd elektrik mühərriki olacaq.

Noyabrın əvvəlində Çinin “XPeng” şirkəti uçan avtomobilin sınaqlarını nümayiş etdirib.

Paylaş
Burada sizin reklamınız ola bilər