Siyasət

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib

13 oktyabr / 15:34 1 dəq
Yfzorw9popmy4igaxllveyygyhawibhfxychtixk 825
13 oktyabr / 15:34
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.

Qerbxeber.com-un məlumatına görə, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.

İlham Əliyev adıçəkilən sammitdə bir sıra ölkələrdən olan həmkarları, o cümlədən Pakistanın Baş naziri Şahbaz Şərif, İordaniya kralı II Abdullah, Fələstin Prezident Mahmud Abbas, Macarıstanın Baş naziri Viktor Orbanla ilə də analoji görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər