Hakan Fidan: Qruplaşmalar Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik
Suriyadakı qruplaşmalar ölkəni bölməyə çalışsalar, Türkiyə məsələyə müdaxilə edəcək.
Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Nazir Suriyanın bölünməsini Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhlükə kimi qiymətləndirib.




