Hakan Fidan: ABŞ, Rusiya və Ukraynanın İstanbulda biraraya gələcəyinə ümid edirik
Rusiya, ABŞ və Ukrayna liderlərinin İstanbulda görüşəcəyinə ümid edirik.
Qerbxeber.com Teleqraf .az-a istinadən xəbər verir ki, bu bəyanatla Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.
“Ümid edirəm ki, bu, yaxın zamanda baş verəcək. İnanıram ki, İstanbulda prezidentimizin rəhbərliyi altında hər üç lider bir araya gələcək”, – Fidan 23 iyulda Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilmiş birbaşa danışıqların üçüncü raundunun nəticələrini şərh edərkən bildirib.




