“İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların və partlamamış sursatların sayı həddən artıq çoxdur və onlar tamamilə xaotik düzülüb”.
“Qərb Xəbər” bildirir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sədri Hafiz Səfixanov “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin sona çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, monitorinq nəticəsində Ermənistanın minaların düzülməsi ilə bağlı qanunauyğunluğa əməl etmədiyi üzə çıxıb: “Minalar tamamilə xaotik düzülüb. Məsələn, Ağdamda iki qəbirin arasında mina tapılıb”.
H.Səfixanovun sözlərinə görə, antiterror tədbirlərindən sonra xeyli sayda mina ələ keçirilib: “Onu da deyim ki, 2020-ci ildən sonra 188 hadisədən 130-u keçmiş təmas xəttindən kənarda baş verib”.