Bölgə xəbərləri

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

16 may / 13:03 1 dəq
64633c0fc624c64633c0fc624d168422503964633c0fc624a64633c0fc624b
16 may / 13:03
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin edilir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək və düzgün, effektiv istismar qaydalarını öyrətməkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər